Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Beşiktaş” – “Leypsiq” matçında maraqlı anlar yaşanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, türkiyəli azarkeşlərin “Vodafone Park” stadionunda yaratdığı atmosfer qonaq komandanın futbolçularına ciddi şəkildə təsir edib.
Hətta qarşılaşmanın ilk hissəsində Bundesliqa təmsilçisinin hücumçusu Timo Verner səsdən narahat olaraq, əvəzlənməsini istəyib. Həkimlər arenadakı səsi eşitməməsi üçün futbolçuya qulaqcıq taxsalar da, bunun bir xeyri olmayıb. Nəticədə məşqçilər korpusu 21 yaşlı forvardı 32-ci dəqiqədə əvəzləmək məcburiyyətində qalıblar.
“Leypsiq”in baş məşqçisi Ralf Hazenhyuttl da görüşdən sonra məğlubuiyyətdə azarkeş təzyiqinin böyük təsir göstərdiyini söyləyib: “Azarkeşlərin komandalarına dəstəyi inanılmaz idi. Futbolçularım ilk dəqiqələrdən tribunalardakı səsdən təsirləndilər. Nəticədə heç cür istədiyimiz oyunu göstərə bilmədik”.
Qeyd edək ki, “Leyptsiq” üzərində 2:0 hesablı qələbə qazanan “Beşiktaş” iki turdan sonra 6 xalla G qrupuna liderlik edir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”