[b]“Beşiktaş” – “Porto” matçı Əliyar Ağayevə tapşırıldı[/b]
21.11.2017 - 13:07
[b]“Beşiktaş” – “Porto” matçı Əliyar Ağayevə tapşırıldı[/b]

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Ağayev UEFA Gənclər Liqasının “Beşiktaş” – “Porto” matçında iş başında olacaq.

 

Belə ki, o, adıçəkilən klubların U-19 komandaları arasında keçiriləcək V tur qarşılaşmasında ədaləti təmsil edəcək. Ağayevə Mübariz Həşimov və Akif Əmirəli kömək edəcəklər. Türkiyəli Oğuzhan Uğurlu görüşün ehtiyat hakimi funksiyasını yerinə yetirəcək. Hakimlərin işinə hakim-inspektor Zihni Aksoy (Türkiyə) qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə ukraynalı Vladimir Geninson olacaq.

 

Qeyd edək ki, “Beşiktaş” – “Porto” qarşılaşması bu gün keçiriləcək.