“Beşiktaş”ın müdafiəçisi Caner Erkin ağır cəzalandırlıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının Nizam İntizam Komitəsi futbolçuya 6 oyun meydana çıxmağa qadağa qoyub.
Buna səbəb Canerin “Başakşəhər”lə oyunda qarşılaşmanın baş hakimi Mete Kalkavanı təhqir etməsi olub.
Türkiyə millisinin də formasını geyinən müdafiəçi üstəlik 43 min türk lirəsi miqdarında cərimə də ödəməlidi.
Qeyd edək ki, Super Liqanın növbəti turundakı “Alanyaspor”la oyunu sarı vərəqə cəzası səbəbindən buraxacaq Canərin 6 oyunluq cəzası bundan sonra başlayacaq. O, üst-üstə 7 oyun meydana çıxa bilməyəcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi