[b]“Beşiktaş”ın oyununda azərbaycanlı hakimlər[/b]
08.09.2017 - 15:41
[b]“Beşiktaş”ın oyununda azərbaycanlı hakimlər[/b]

Azərbaycanlı hakimlər beynəlxalq oyunlara təyinat alıb. Apasport.az saytının məlumatına görə, ölkəmizi təmsil edən FİFA referiləri Gənclər Liqası, U-19 və U-17-lər, həmçinin qızlardan ibarət U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsində ədaləti qoruyacaq.

 

Rəhim Həsənov həmkarlarından daha çox – 2 təyinat alıb. O, Gənclər Liqasında “Beşiktaş” – “Leypsiq” matçını idarə edəcək, ardınca Kiprdə U-17-lərin turnirində fit çalacaq.

 

UEFA Gənclər Liqası

26 sentyabr. “Beşiktaş” (Türkiyə) – “Leypsiq” (Almaniya)

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli

 

U-19 AÇ-nin ilkin seçmə mərhələsi

12-ci qrup: Ukrayna, Monteneqro, Norveç, Albaniya

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov

Oyunlar 3 oktyabr – 11 oktyabr tarixlərində Albaniyada keçiriləcək

 

U-17 AÇ-nin ilkin seçmə mərhələsi

12-ci qrup: Polşa, İsveç, Kipr, San Marino

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov

Oyunlar 16 oktyabr – 24 oktyabr tarixlərində Kiprdə keçiriləcək

 

U-17 AÇ-nin ilkin seçmə mərhələsi

1-ci qrup: Belçika, İsveçrə, Şimali İrlandiya, Malta

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov

Oyunlar 25 oktyabr – 2 noyabr tarixlərində Maltada keçiriləcək

 

U-17 (qızlar) AÇ-nin ilkin seçmə mərhələsi

8-ci qrup: Norveç, Macarıstan, Bolqarıstan, Moldova

Hakimlər: Yuliya Qurbanova, Gülyana Güvəndiyeva

Oyunlar 22-28 sentyabr tarixlərində Macarıstanda keçiriləcək

 

Mənbə: affa.az

0