[b]“Bild”: Renat Dadaşov komandasını dəyişir[/b]
04.01.2018 - 10:34
[b]“Bild”: Renat Dadaşov komandasını dəyişir[/b]

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov komandasını dəyişə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı məşhur “Bild” nəşri yayıb.

 

Frankfurt “Ayntraxt”ının U-19 komandasının üzvü olan Renatın “Halleşer”ə keçidi gündəmdədi. III Bundesliqa təmsilçisi 18 yaşlı soydaşımızı heyətinə qatmaqda maraqlıdı. Tərəflər arasında danışığın müsbət nəticələnəcəyi və “Halleşer”in Dadaşovun transferini yaxın günlərdə rəsmən bəyan edəcəyi bildirilir. Keçid baş tutsa, millimizin üzvü yeni komandasında icarə əsasında oynayacaq.

 

Dadaşovun “Ayntraxt”la müqaviləsinin müddəti 2020-ci ilə qədər nəzərdə tutulub. Renata "Halleşen”də Benjamin Pintol, Matias Fetş və Petru Sliskoviçin əvəzləyicisi qismində baxılır. 

 

Qeyd edək ki, əvvəllər Almaniyanın U-17 yığmasının formasını geyinmiş Renat Dadaşov millimizin heyətində ötən ilin sentyabrında debüt edib.