[b]“Biz onlara qarşı nə edəcəyik?” - Karel Yarolim[/b]
27.09.2016 - 14:18
[b]“Biz onlara qarşı nə edəcəyik?” - Karel Yarolim[/b]

“Seçmə mərhələnin ilk matçında bəzi futbolçularımız hazır deyildilər. Aralarında zədəlilər də var idi. İndi də bəzi oyunçularımız analoji problemlə üzləşiblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də səfərdə Almaniya ilə qarşılaşacaq çexlər 3 gün sonra Ostravada millimizi qəbul edəcəklər.

 

Mətbuat konfransı keçirən Yarolim bu görüşlərlə bağlı danışıb. O bildirib ki, indiki məqamda diqqətini daha çox Almaniya ilə görüşə yönəldib: “Almaniyanın oyunlarına nə qədər çox baxsam, bir o qədər əsəbiləşirəm. Rəqiblərimizi yaxşı təhlil edirik. Əsas odu ki, biz onlara qarşı meydanda nə edəcəyik? Təbii ki, heç bir oyun bizim üçün asan olmayacaq”.

 

Təcrübəli çalışdırıcı vacib görüşlər öncəsi heyətdəki problemlərdən və bəzi futbolçuların yığmaya qayıdışından söz açıb: “Almaniya və Azərbaycanla oyunlar öncəsi Vladimir Daridanın yoxluğu bizim üçün ciddi itkidi. Onun yoxluğu millinin digər üzvlərinə problem yaradacaq. Müdafiənin sol cinahı ilə bağlı bir neçə variant düşünürəm. Tomaş Sivok hazırda yaxşı formadadı və onun milliyə dönüşünü səbirsizliklə gözləyirəm. O, komandanın liderlərindən biridi. Patrik Şikin oyununu U-21-in heyətində seçmə mərhələdə Belçika ilə keçirdikləri matçda izlədim. İtaliyada oynadığını nəzərə alsaq, ondan daha çox şey tələb edirəm. Dediyim kimi, bəzi aparıcı futbolçularımız zədəlidilər. Bu səbəbdən 4 yeni oyunçuya dəvət göndərərək, onlar üçün şans yaratdıq. Qarşıdakı 2 matçda bu futbolçulardan istifadə etməyi düşünürəm”.

 

Qeyd edək ki, C qrupunda 1 turdan sonra hərəyə 3 xalı olan Almaniya və Azərbaycan yığmaları ilk pillələri bölüşürlər.  

 

 

0