“Dimitrovskini transfer etmək barədə çoxdan düşünürdük. Axır ki, onu heyətimizə qata bildik. Vladimir artıq bizim futbolçumuzdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Teplitse” klubunun baş məşqçisi David Vavruşka deyib.
“Qarabağ”la yolları ayrılan makedoniyalı futbolçu Vladimir Dimitrovskinin “Teplitse”yə keçidindən danışan Vavruşka maraqlı fikirlər səsləndirib.
Ötən ildən “Teplitse”ni çalışdıran 43 yaşlı məşqçi Dimitrovski ilə çoxdan danışıq apardıqlarını etiraf edib.
O, 27 yaşlı futbolçunun üstün keyfiyyətlərindən danışıb: “Dimitrovski Makedoniya yığmasının üzvüdü. Karyerası ərzində bir çox beynəlxalq oyunlar keçirib. Əsas üstünlüyü solaxay olmasındadı. Müasir dövrdə solaxay mərkəz müdafiəçilərinə ehtiyac böyükdü. Bizə də məhz bu cür futbolçu lazım idi. Komandada solaxay müdafiəçi olmadığından, hücumların qurulmasında bəzən çətinlik çəkirdik. Artıq bu problemi yoluna qoyduq”.
Qeyd edək ki, “Qarabağ”a ötən ilin yayında qoşulan Dimitrovski transferinin gec reallaşması ilə əlaqədar, Avropa Liqasında Ağdam klubuna kömək edə bilməmişdi. O, Azərbaycan çempionatında cəmi 3 görüşdə “köhlən atlar”ın formasını geyinib.
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb