[b]“Bizi daha çətin oyunlar gözləyir” – İspaniya yığmasının baş məşqçisi[/b]
16.09.2016 - 09:35
[b]“Bizi daha çətin oyunlar gözləyir” – İspaniya yığmasının baş məşqçisi[/b]

“Taktiki baxımdan hər iki komanda düzgün oynadı. Belə qarşılaşmalarda qapıya vurulan zərbələrdə dəqiqlik faizi yüksək olmalıdı”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə İspaniya millisinin baş məşqçisi Venansio Lopes deyib.

 

Kolumbiyada təşkil edilən dünya çempionatında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib. Azərbaycan yığması üzərində 4:2 hesablı qələbə qazanan ispanlar 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

 

Qarşılaşmadan sonrakı mətbuat konfransında Lopes maraqlı oyun olduğunu bildirib: “Qələbə qazandığımız üçün çox şadıq. Çıxışımızı pillə-pillə daha da yaxşılaşdırmalıyıq. Çünki növbəti mərhələlərdə bizi daha çətin oyunlar gözləyir”.

 

0