[b]“Bizim üçün asan oldu” – “Yagelloniya”nın baş məşqçisi[/b]
29.01.2018 - 09:45
[b]“Bizim üçün asan oldu” – “Yagelloniya”nın baş məşqçisi[/b]

“Komandamın ilk hissədəki çıxışından çox razı qaldım. Nəticəni bir kənara qoyuram, meydanda istədiyimizi etdik. Hücum futbolu oynamağa çalışdıq”. Apasport.az saytı xəbər verir ki, bunu “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot deyib.

 

Polşa təmsilçisi Antalyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində “Kəpəz”lə yoxlama görüşündə üz-üzə gəlib və 8:1 hesablı qələbə qazanıb.

 

Oyunla bağlı fikirlərini klubun rəsmi saytına bölüşən Mamrot “Kəpəz”in zəif rəqib olduğunu bildirib: “İkinci hissədə müəyyən çatışmazlıqlar oldu. Yenə topa daha çox yiyələnirdik. Ancaq birinci hissədəki kimi, üstün futbol sərgiləmədik. Çox az təhlükəli hücumlar etdik. Rəqib isə iki dəfə bizə həyəcan yaşatdı və son dəqiqələrdə qol vurdu. Hətta belə hesabla qələbə qazandığımız matçda belə, bu səhvə yol verməməliydik. Ümumilikdə isə oyun ürəyimcə oldu. Əvvəlki yoxlama matçları ilə müqayisədə bu dəfə bizim üçün daha asan oldu. Qarşıdakı iki oyunda daha güclü rəqiblərlə üz-üzə gələcəyik. Hər şeyi həmin matçlarda daha yaxşı görəcəyik. Hesab edirəm ki, oyunumuzun səviyyəsi getdikcə yüksələcək”.

0