“Qəbələ”nin Avropa Liqasındakı rəqibi Dortmund “Borussiya”sı Bakıya itkilərlə gəlir. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Bundesliqa təmsilçisi daha bir oyunçusunu Bakıya gətirmir.
Baş məşçqi Tomas Tuhel yarımmüdafiəçi Henrik Mxitaryanla yanaşı, müdafiəçi Neven Subotiçin də Dortmundda qalmasını məsləhət görüb. Buna səbəb serbiyalı mərkəz müdafiəçisinin zədəsini hələ də sağalda bilməməsidi.
Əvəzində Marsel Şmeltser Bakıya gələn heyətə salınıb. Zədəsini sağaldan sol cinah oyunçusu “Qəbələ” ilə qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.
Qeyd edək ki, “Qəbələ” – “Borussiya” oyunu sabah “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.