[b]“Borussiya”nın yeni baş məşqçisi açıqlandı[/b]
06.06.2017 - 13:03
[b]“Borussiya”nın yeni baş məşqçisi açıqlandı[/b]

“Borussiya”nın yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytı “Kicker” nəşrinə istinadən xəbər verir ki, Dortmund klubunun “sükanı arxası”na Peter Bos keçib.

 

“Borussiya”nın əvvəlcə “Nitsa”nın çalışdırıcısı Lusyen Favre ilə anlaşdığı barədə məlumat yayılsa da, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Nəticədə almanlar diqqəti Bosa yönəldiblər.

 

53 yaşlı hollandiyalı çalışdırıcı ilə 2019-cu ilə kimi nəzərdə tutulmuş müqavilə imzalanacaq. Bosun təqdimat mərasimi bu gün keçiriləcək.  

 

“Borussiya” rəhbərliyi bu keçidin baş tutması üçün “Ayaks”a 3 milyon avro təzminat ödəyib.