“Artıq bir həftədi burdayam. Yeni klubumda uyğunlaşma prosesi yaxşı gedir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in yeni transferi Ruben Şaken deyib.
Komandası ilə birlikdə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hollandiyalı legioner azərbaycxanlı jurnalistlərə açıqlamasında yeni klubu və keçidi haqda danışıb: “Təlim-məşq toplanışı da plan üzrə davam edir. Komandada yaxşı futbolçular var. Mən də artıq bu kollektivin bir parçası olmağa hazıram. “İnter”lə yanaşı, digər klublardan da təkliflər var idi. Lakin artıq 32 yaşım var. İndiki komandamın vitse-prezidenti zəng vurub, mənə klub haqda məlumat verdi, ora dəvət etdi. Mən də gördüm ki, ailəmlə birlikdə yaşamaq üçün burda hər cür şərait var. Yoxsa ki, digər təkliflət uzaq ölkələrdən idi. Bakı klubunun təklifini qəbul edib, Çindən olan variantları heç baxmadım da. “Qarabağ”da oynayan həmyerlim Leroy Corcun telefon nömrəsi də, onunla tanışlığımız da var. Lakin başqa komandanın oyunçusundan Azərbaycan barədə məlumat almağım düz olmazdı. Ölkəniz hqda o qədər məlumatım yox idi. Təklif alandan sonra internetdə Bakı haqda məlumat öyrəndim”.