“Qəbələ”nin ukraynalı futbolçusu Aleksey Qayın apasport.az saytına müsahibəsi
- Artıq neçə gündür komandanın hazırlıqlarına qatılmısız. Uyğunlaşma prosesi necə keçir?
- Açığı, daha çətin olacağını gözləyirdim. Lakin burada evimdəki kimiyəm. Məni çox isti qarşıladılar. Hamı ilə qarşılıqlı hörmət olan yerdə uyğunlaşmadan danışmaq artıq olardı Belə olanda futbolçulara yalnız yaxşı oynamaq və qalib gəlmək qalır.
- İki yoxlama oyununda iştirak etmisiz. Bu haqda nə deyə bilərsiz?
- Hələ hazırlıq prosesinin ilk mərhələsindəyik. Burada keçirdiyimiz yoxlama matçlarında nəticə deyil ki, məşqçinin komandaya aşılamaq istəyi və oyun seçimidi. İndiki oyunlarımız təhlil üçün əsas verir. Bu da gələcəkdə daha güclü çıxış etməyimizə səbəb olmalıdı.
- Oyun sxemi sizin də, baş məşqçiniz Roman Qriqorçukun da bunadək olduğu Ukrayna “Çernomorets”indəki kimidi?
- Bəli. Bu planda heç nə dəyişməyib. Biz eyni sxemlə oynayırıq. Amma hələ çox çalışmalıyıq.
- Sizcə, komandada hansı mövqelər güclənməlidi?
- Bu məsələ baş məşqçinin səlahiyyətindədi. Bizim üçün əsas qarşılıqlı anlaşmanın olmasıdı. Mənim işim meydnada məşqçilərin tapşırıqlarını yerinə yetirməkdi.
- Azərbaycan və Ukrayna futbolunu müqayisə edə bilərsizmi?
- Mənim üçün nə isə söyləmək çətindi. İnanıram ki, səviyyə daha da yüksələcək. Biz də komanda kimi inkişaf edəcəyik.