[b]“Bursaspor” Almeydadan əl çəkdi[/b]
31.01.2018 - 20:45
“Qarabağ”ın braziliyalı futbolçusu Almeydanı heyətinə qatmaq istəyən “Bursaspor” fikrindən daşınıb. Apasport.az saytının məlumatına görə, “yaşıl timsahlar” yarımmüdafiənin mərkəzi üçün bir digər variant olan Con Bastokla anlaşıb.
Son mövsümü Liqa 2 təmsilçisi “Lans”da keçirən ingilis futbolçu ilə artıq razılaşma əldə olunub. Bu barədə klubun fransalı baş məşqçisi Pol Le Quen açıqlama verib.
Qeyd edək ki, Türkiyə mətbuatı Almeydanın keçidə razılaşdığını bildirsə də, “Qarabağ”ın bu transferə razılıq vermədiyini yazmışdı.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0