[b]“Çelsi” David Luisi göndərir, müştərilər gözləyir[/b]
06.01.2018 - 14:26
[b]“Çelsi” David Luisi göndərir, müştərilər gözləyir[/b]

İngiltərənin “Çelsi” klubu ulduz futbolçusu David Luislə yollarını ayırmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, buna 30 yaşlı müdafiəçi ilə baş məşqçi Antonio Konte arasında narazılıqlar səbəb olub.

 

Belə ki, Çempionlar Liqasının “Roma” ilə qarşılaşmasında əvəzlənməyinə etiraz edən braziliyalı futbolçu sonradan mütəxəssisin taktikasını da ciddi tənqid edib. Konte də bu üzdən cənubi amerikalını həmin vaxtdan meydana buraxmır.

 

Düzdü, bunun səbəbi rəsmən zədə kimi göstərilir. Lakin artıq “Çelsi” Davidi icarəyə verməyə klub axtarışına çıxıb.

 

Müştərilərinin sayı yetərincə olan müdafiəçi ilə “Mançester Yunayted”, “Arsenal”, “Nyukasl”, “Napoli”, “Yuventus”, “Real”, “Barselona”, “Monako” və PSJ-nin də maraqlandığı iddia edilir.