[b]“Çelsi” və “Lester” bacarmadı, “Mançester Siti”dən asan qələbə[/b]
07.01.2018 - 10:10
[b]“Çelsi” və “Lester” bacarmadı, “Mançester Siti”dən asan qələbə[/b]

İngiltərə FA kubokunda 1/32 final mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə bir neçə Premyer Liqa komandası daha ilk oyunlarını keçiriblər.

 

İki il əvvəlki çempion “Lester” səfərdə “Fletvud”la bacarmayıb – 0:0.

 

“Suonsi” üçün də ilk oyun uğursuz alınıb. Komanda “Vulvs” səfərindən qolsuz qayıdaraq taleyini ikinci oyuna saxlayıb – 0:0.

 

“Uotford” doğma meydan amilindən layiqincə yararlanıb. “Qırmızı-qaralar” qonaq etdikləri “Bristol Siti”ni 3 cavabsız qolla yola salıblar – 3:0.

 

“Nyukasl” da evdə 3 qola sevinib, amma “sağsağanlar” qapılarında da bir qol da görüblər – 3:1.

 

“Mançester Siti” isə gücünü “Bernli”yə göstərib – 4:1.

 

“Sauthempton” səfərdə “Fulhem”dən üstün olub – 0:1.

 

“Vest Bromviç” də “Ekseter”ə eyni aqibəti yaşadıb, amma iki qolla – 0:2.

 

“Stok Siti” çempionşip təmsilçisi “Koventri” ilə bacarmayıb – 1:2.

 

“Bornmut” - “Viqan” oyununda da qalib müəyyənləşməyib – 2:2.

 

“Haddersfild” “Bolton”da üstün olub – 1:2.

 

Günün əsas sensasiyası isə son oyunda qeydə alınıb. “Çelsi” səfərdə “Norviç”ə qol vura bilməyib – 0:0.

 

Reqlamentə görə, qalib gələn komanda növbəti mərhələyə keçir, bərabərlik halında isə görüş yenidən oynanılır.

0