[b]“Çelsi” yığma üzvünü heyətinə qatdı[/b]
05.01.2018 - 11:35
[b]“Çelsi” yığma üzvünü heyətinə qatdı[/b]

“Everton”un futbolçusu Ross Barkli karyerasını “Çelsi”də davam etdirəcək. Apasport.az saytı “The Telegraph” nəşrinə istinadən xəbər verir ki,  tərəflər arasında hərtərəfli razılıq əldə olunub.

 

Barkli tezliklə Londona yollanacaq və yeni klubu ilə rəsmi müqavilə imzalayacaq. Bu keçid “Çelsi”yə 17 milyon avroya başa gələcək.

 

24 yaşlı yarımmüdafiəçi “Everton”un yetirməsidi. Karyerası ərzində icarə əsasında “Şeffild Venzdi” və “Lids Yunayted” klublarında da oynamış Barkli 2013-cü ildən dəvət aldığı İngiltərə yığmasında 22 oyunda 2 qola imza atıb.