[b]“Çelsi”dən 56 milyonluq təklif[/b]
03.01.2018 - 22:01
[b]“Çelsi”dən 56 milyonluq təklif[/b]

“Çelsi” müdafiə xəttinə yeni oyunçu cəlb etməyi düşünür. Apasport.az saytının məlumatına görə, “zadəganlar” “Yuventus”un müdafiəçisi Aleks Sandronun xidmətində maraqlıdı.

 

Bu barədə “Sky İtalia” nəşri xəbər yayıb. Bildirilib ki, londonlular sol cinah müdafiəçisinin transferi üçün Turin təmsilçisinə 56 milyon avro ödəməyə hazırdı.

 

Turinlilər mövsümün əvvəlində “Çelsi” və “Mançester Siti”nin 70 milyon avroluq təklifini rədd etsə də, son vaxtlar braziliyalının oyununda geriləmə olduğundan bu dəfə keçidin baş tutma ehtimalı artıb.

 

Qeyd edək ki, sol cinah müdafiəçisi cari mövsümdə şans qazandığı 19 oyunda 1 qol vurub, 5 qol ötürməsi edib.

0