[b]“Çernomorets” “Qəbələ” ilə anlaşan “üçlük”lə rəsmən vidalaşdı[/b]
27.12.2014 - 14:03
“Çernomorets” “Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçukdan sonra daha 3 məşqçi ilə yollarını ayırıb. Apasport.az xəbər verir ki, klubun rəsmi saytında bu barədə bəyanat yazılıb.
Həmin bəyanatda Qriqorçukun köməkçiləri olan Mixail Savka, Stepan Matviyv və Andrey Qluşenkonun müqaviləsinə xitam verildiyi bildirilib. 2011-ci ildən “Çernomorets”də çalışan bu “üçlüy”ə “Qəbələ”dəki karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, “Çernomorets” tərəfi “Qəbələ”yə elmi-metodiki qrupun rəhbəri vəzifəsinə gətirilən Anatoli Korotya ilə bağlı hələ rəsmi məlumat verməyib.
0
0