“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuk sabiq komandası “Çernomorets”in oyunçularını da Azərbaycana gətirməyin planlarını cızır. Apasport.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, həmin oyunçuların adları da artıq məlumdu.
Həmkarlarımızın iddiasına əsasən, “Çernomorets”in 7 üzvündən bəziləri “Qəbələ”nin yolunu tuta bilər. Bunlar Dmitri Bezotosnı, Yevgeni Opanasenko, Yevgeni Zubeyko, Kirill Kovalçuk, Vladimir Arjanov, Aleksey Qay və İvan Bobkodu. Adıçəkilən futbolçuların hamısının Ukrayna klubu ilə müqaviləsinin bitməsi “Qəbələ”nin işini daha da asanlaşdırır.
Qeyd edək ki, Roman Qriqorçuk dünən rəsmən “Qəbələ”nin baş məşqçisi təyin olunub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı