[b]“Çernomorets”in kapitanı: “Qəbələ”yə keçəcəyim yalandı[/b]
12.01.2015 - 02:20
[b]“Çernomorets”in kapitanı: “Qəbələ”yə keçəcəyim yalandı[/b]

“Bu haqda danışmaq istəmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çernomorets”in qapıçısı Dmitri Bezotosnıy deyib.

 

31 yaşlı kapitanın Azərbaycanın “Qəbələ” klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

 

Ölkəsinin mətbuatına danışan ukraynalı oyunçu bunları şayiə adlandırıb: “Xarkov “Metallist”i və “Qəbələ”yə keçəcəyim yalandı. Bu xəbərlər sadəcə şayiədi. Mən hələ ki, “Çernomorets”in futbolçusuyam”.

 

Qeyd edək ki, daha əvvəl “Çernomorets”in baş məşqçisi Roman Qriqorçuk və yarımmüdafiəçisi Aleksey Qay “Qəbələ” ilə müqavilə imzalayıb.