[b]“Çox qorxaq oynadıq” – Afşin Esmaeilzadeh[/b]
16.10.2016 - 00:10
[b]“Çox qorxaq oynadıq” – Afşin Esmaeilzadeh[/b]

“Qarabağ”la oyunda 90 dəqiqə meydanda olan və komandasına kömək etməyə çalışan “Sumqayıt”ın iranlı yarımmüdafiəçisi Afşin İsmaeilzadeh jurnalistlərə müsahibəsi zamanı apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun gözlədiyiniz kimi keçdi?

- Maraqlı oyun oldu. “Qarabağ”ın güclü olduğunu hamımız bilirdik. Üstəlik, zəif çıxış etdik. Demək olar, pis oynadıq. Halbuki, yaxşısını edə bilərdik.

 

- Fasiləyə qolsuz heç-heçə ilə yollanmağa yaxın idiniz. Nə baş verdi ki, sona az qalmış ardıcıl 2 qol buraxdınız?

- Pis vaxtda qol buraxdıq. Heyətimizin də əksəriyyəti gənclərdir. Qoldan sonra psixoloji baxımdan çaxnaşma yarandı. Bunun üzərində çox işləməliyik. Növbəti oyunlarda belə etmək olmaz.

 

- Demək olar, oyunu müdafiədə keçirdiniz. Rəqibdən həddindən artıq ehtiyat etmirdiniz?

- Bir az qorxaq oynadıq. “Qarabağ”ın heyətində təcrübəli futbolçular var. Onlar qısa ötürmələrlə əla oynayırlar. Bizdə isə gənclər çoxdu. Buna görə də çox qorxaq oyun nümayiş etdirdik.

 

- Qarşıdan “Qəbələ” ilə oyun gəlir. Bu dueldə nəyə ümid edirsiniz?

- Bu dəfə öz meydanımızda oynayacağıq. Səhvlərimizin üzərində işləməli, təkrar etməməliyik.

 

- Bu rəqibin də heyətində təcrübəli və keyfiyyətli futbolçular çoxdu. Bu, sizi qorxutmur?

- Razıyam, onların da heyətində yaxşı futbolçular cəmləşib. Amma “Qarabağ” daha keyfiyyətli futbol nümayiş etdirir. Topu özlərində yaxşı saxlayır, dəqiq ötürmələr verirlər. Bu da bizi yorur. Amma “Qəbələ”yə qarşı yaxşı mübarizə aparırıq.

 

- Premyer Liqada I dövrə arxada qalıb. Çempionatımızın səviyyəsi barədə nə dünürsüz?

- Açığı, bura gələnə qədər çempionatınızın bu səviyyədə olduğunu düşünmürdüm. Əksinə, fikirləşirdim ki, zəif komandalardı. Amma bura gələndən sonra səviyyənin düşündüyümdən daha yüksək olduğunu gördüm. Milli komandanız da yaxşı oynayır. Norveç və Çexiya ilə oyunları izlədim. Hər iki matçda yaxşı mübarizə apardılar. İnşallah, dünya çempionatına vəsiqə qazanarsız.

 

- Premyer Liqa klublarından hansını xüsusi qabartmaq istərdiniz?

- “Qarabağ” çox güclü komandadı. Bu komandanın oyununu bəyənirəm. Ötürmələrlə istənilən rəqibi yenəcək gücdədi. Ona görə də qrup mərhələsinə qədər yüksəlirlər.

 

- Özünüz necə, bu komandada oynayacaq gücdəsiniz?

- Hələ hazır deyiləm. Ordakı futbolçulardan geri qalıram. Amma çalışıram ki, inkişaf edim, daha yaxşı oynayım. Bir qədər inkişaf etsək, niyə də orda oynaya bilməyim.

0