“Qəbələ”ylə matçda fantastik oyun nümayiş etdirdik. Düzdü, hava şəraiti yaxşı deyildi. Amma hər iki komanda eyni vəziyyətdə idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Çukariçki” klubunun futbolçusu Rayko Brezançiç deyib.
Komandasının kapitanı Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə ilk oyunundakı 1:0 hesablı qələbəyə şərh verib: “Çoxsaylı qol imkanlarından yalnız birindən yararlandıq. Amma əsas odu ki, evdə qapımızı toxunulmaz saxladıq. Həm “Domjale”, həm də “Qəbələ” ilə görüşlərdə imkanlardan istifadə etməkdə çətinlik çəkdik. Düşünürəm ki, bu problem zamanla aradan qaldırılacaq. İlk yarıda yerinə yetirdiyim cərimə zərbəsi zamanı topun qapıdan keçəcəyinə əmin idim. Amma alınmadı”.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi