“Dinamo”nun qapıçısı “Xəzər Lənkəran”a keçir?
08.07.2014 - 17:14
“Dinamo”nun qapıçısı “Xəzər Lənkəran”a keçir?

Daha bir rumıniyalı futbolçu Azərbaycan oynaya bilər. Apasport.az xəbər verir ki, bu barədə “Dolce Sport” nəşri məlumat yayıb.

 

Bildirilir ki, Buxarest “Dinamo”sunun qapıçısı Kristian Belqredyanı Bakı “İnter”i və “Xəzər Lənkəran” heyətində görmək istəyir. Amma onun klubla müqaviləsi olduğu üçün bu transferi istəyən komanda 100 min avrosundan keçməlidi.

 

Hazırda qolkiper “Dinamo” ilə birlikdə İngiltərədə təlim-məşq toplanışındadı.

 

Onun meneceri Klaudio Botsini də Belqredyanı transfer etmək istəyən klublar haqqında danışıb. Amma o, müştərisinə hansı komandalardan təkliflərin olduğunu bildirməyib: “O, yaxşı qapıçıdı. Yenidən milli komandaya düşmək üçün çalışır. Onu transfer etmək istəyən komanda iddialı olmalıdı. Bir neçə təklif var.  Bunları dəyərləndirəcəyik”.

 

Qeyd edək ki, Kristian Belqredyanın “İnter”ə keçəcəyi inandırıcı görünmür. Amma xorvatiyalı Vyekoslav Tomiç “Xəzər Lənkəran”dan ayrıldığı üçün “ağ-yaşıllar” qapıçı axtarışındadı. Ola bilər ki, rumıniyalı qolkiper məhz cənub klubuna keçsin