[b]“Əcnəbilər nə etdilər, hansı nəticəni göstərdilər?” - Ağasəlim Mircavadov[/b]
13.10.2015 - 16:22
[b]“Əcnəbilər nə etdilər, hansı nəticəni göstərdilər?” - Ağasəlim Mircavadov[/b]

“Yaxşı dövrdə əcnəbi məşqçilər Azərbaycan futbolunda nə etdilər, hansı nəticəni göstərdilər? Təbii ki, heç nə. Əgər belə idisə, elə yerli məşqçilərə şans verərdilər də”. Bu sözləri apasport.az saytına Azərbaycan yığmasını, həmçinin “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran” kimi klubları çalışdırmış Ağasəlim Mircavadov deyib.

 

Bu yay Azərbaycanda əksər klubların maliyyə cəhətdən problem yaşaması yerli məşqçiləri yenidən gündəmə gətirdi. Təsadüfi deyil ki, hazırda Topaz Premyer Liqasında çıxış edən 10 komandadan 8-nin (“Qəbələ” və “İnter” istisnadı) “sükanı arxası”nda azərbaycanlı çalışdırıcı durur.

 

Məşqçilər Komitəsinin üzvü hesab edir ki, ölkəmizdə bütün uğurlar yerli məşqçilərlə bağlıdı: “1966-cı ildən indiyə qədərki bütün nailiyyətlər yerli mütəxəssislərin rəhbərliyi altında qazanılıb. Gərək bunun doğru strategiya olduğunu anlasınlar. Yalnız bu mövsüm “Qəbələ”ni Avropa Liqasının qrup mərhələsinə daşıyan Roman Qriqorçuk istisnadı. Klub rəhbərləri indi yerli məşqçilərə inanmalı, onları tələsdirməməlidi. Maliyyə durumu düzələndən sonra yenidən əcnəbilərin gətirilməyəcəyini əminliklə söyləmək də olmur. Amma adam eyni səhvi bir dəfə, iki dəfə edər”.

 

Mircavadov hazırda ölkəmizdə çalışan əcnəbi mütəxəssislərlə bağlı da fikirlərini bildirib: “İnter”də Kaxaber Sxadadze bir sistem formalaşdırıb. Zaur Svanadze də hazırda həmin sistemlə gedir. Roman Qriqorçukun isə futbol biliyinə söz ola bilməz. Uğurları da var. Amma onun futbolçu seçimi daha yaxşı ola bilərdi”.

 

0