[b]“Emil Balayevin vəzifəsi bizi təzyiqlərdən çıxarmaqdı”[/b]
16.12.2014 - 10:55
[b]“Emil Balayevin vəzifəsi bizi təzyiqlərdən çıxarmaqdı”[/b]

“Emil Balayevin transferi o demək deyil ki, biz Timo Hildebrandı yaddan çıxarmışıq. Biz onunla yenidən görüşəcəyik”. Apasport.az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, bu sözləri Frankfurt “Ayntraxt”ının idman direktoru Bruno Hübner deyib.

 

“Neftçi”nin qapıçısı Emil Balayevi heyətinə cəlb edən Bundesliqa klubunda Hildebrandın qış fasiləsində komandadan gedişi gözlənilir. Lakin Hübner 35 yaşlı qolkiperin qalmasının əleyhinə olmadıqlarını qeyd edib: “Hildebrandın burada qalıb, komandaya fayda verməsini istəyirik. Qış fasiləsində onunla söhbətimiz olacaq və yalnız bundan sonra qalıb-qalmayacağı müəyyənləşəcək. O ki qaldı Emil Balayevə, onun vəzifəsi bizi təzyiqlərdən çıxarmaqdı”.

 

Qeyd edək ki, Timo Hildebrandın karyerasını ABŞ-da davam etdirməsi gözlənilir.