Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk oyununda “Başakşəhər” “Fənərbaxça”nı qəbul edib.
Meydan sahibləri ilk hissədə Cengiz Ünderin qollarıyla 2:0 hesabıyla önə keçsə də, bu üstünlüyünü sonadək qoruyub saxlaya bilməyib.
“Sarı bülbüllər” əvvəlcə 13-cü dəqiqədə Ozan Tufanın qoluyla hesab arasındakı fərqi azaldıb. 61-ci dəqiqədə isə Robin Van Persi tarazlığı bərpa edib – 2:2.
Matç bu hesabla da başa çatıb. İki komanda arasındakı cavab oyunu mayın 17-də keçiriləcək.
Qeyd edək ki, digər yarımfinal oyununda “Kasımpaşa” “Konyaspor”la qarşılaşacaq.
Türkiyə kuboku
Yarımfinal, ilk oyun
26 aprel
“Başakşəhər” – “Fənərbaxça” – 2:2
Qollar: Cengiz Ünder, 8, 11 - Ozan Tufan, 13, Van Persi, 61