[b]“Fənərbaxça”nın futbolçuları zədələndi[/b]
03.04.2015 - 18:19
“Fənərbaxça” növbəti turda “Çaykur Rizəspor”la matçda iki futbolçusunun xidmətindən yararlana bilməyəcək. Apasport.az saytı klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Egemen Korkmaz və Diyeqo Ribas qarşılama öncəsi məşq zamanı zədələniblər.
Sonradan xəstəxanaya aparılan hər iki oyunçunun zədəsinin ciddi olduğu aşkarlanıb.
Qeyd edək ki, Türkiyə Superliqasının XXVI turunda “sarı-lacivərdlilər” Rizə səfərinə yollanacaq.
0
0