[b]“Fənərbaxça”nın qapıçısından əlçatmaz rekord[/b]
26.10.2015 - 16:24
[b]“Fənərbaxça”nın qapıçısından əlçatmaz rekord[/b]

“Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəl uzun illər qırılmayacaq rekorda imza atmaqdadı. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 34 yaşlı qolkiper 13 ildi əzəli rəqiblərə məğlub olmur.

 

Söhbət “Qalatasaray” və “Beşiktaş”a qarşı “Şükrü Saraçoğlu” stadionundakı oyunlardan gedir. 2002-ci ildən “Fənərbaxça”nın qapısını qoruyan Volkan karyerası ərzində doğma meydançalarında 14 dəfə “Qalatasaray”a, 10 dəfə isə “Beşiktaş”a qarşı çıxış edib və bu matçların heç birində məğlubiyyət üzü görməyib.

 

“Fənər” onun çərçivədə dayandığı 24 qarşılaşmanın 16-da qələbə qazanıb, 8-də isə bərabərə qalıb. “Qalatasaray” “Şükrü Saraçoğlu”da Volkanın qapısına 9, “Beşiktaş” isə 7 dəfə yol tapıb.

 

Qeyd edək ki, dünən Superliqanın IX turu çərçivəsində baş tutan “Fənərbaxça” – “Qalatasaray” derbisi 1:1 hesabı ilə başa çatmış, ev sahiblərinin qapısında yenə Volkan Dəmirəl dayanmışdı.