“Elə bilirdiniz ki, Krasnojan milliyə gələndə Hollandiya üzərində darmadağınla qələbə qazanacaqsınız? Sizin boyunuza təcrübə toplamaq və döyülmək biçilib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moskva “Spartak”ındakı çıxışları ilə məşhurlaşan Aleksandr Bubnov deyib.
Artıq neçə illərdi mətbuatda ekspert kimi çıxış edən futbol veteranı həmyerlisi Yuri Krasnojanın Qazaxıstan millisindəki perspektivindən danışarkən, Azərbaycandan nümunə gətirib: “Azərbaycana baxın. Milliyə Avropa çempionatının qalibi olan alman Berti Foqtsu gətirmişdilər. Nəticəsi necə oldu? Foqtsadək 0:5 hesabı ilə uduzurdular, onunla da 0:5 hesabı ilə məğlub oldular. Foqtsdan sonra da böyük hesabla uduzacaqlar, çünki material yoxdu. Məşq elətdiriləsi heç kim də yoxdu. Axı bu millidi, klub deyil. Kluba legionerləri toplayıb, onların hesabına çempionatda qalib gələ, avrokuboklara düşə bilərsən. Yığmada isə yalnız bir yol var - əlində olanlarla maksimuma nail olmaq”.
Qeyd edək ki, SSRİ yığmasında da oynamış Bubnov məşqçilik karyerasına da malik olmasına baxmayaraq, əsasən Moskva təmsilçiləri “Dinamo” (1974-82) və “Spartak” da (1983-89) tanınıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı