“Çox gözəl bir tamaşa izlədik. Bu, bizim üçün bir şans idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Admira” klubunun baş məşqçisi Oliver Lederer deyib.
O bildirib ki, Avropa Liqasının II təsnifat mərhələsinin evdə keçirilən ilk oyunundakı 1:0 hesablı qələbə arxayınlaşmağa əsas vermir: “İkinci hissədə rəqibi güclü təzyiq altında saxladıq. “Kəpəz” müsbət keyfiyyətlərini nümayiş etdirsə də, biz də hücumdakı ustalığımızı göstərdik və istəyimizə çatdıq. Amma bu qələbədən göylərdə uçmamalı, cavab matçına arxayın çıxmamalıyıq. Bu üzdən Bakıdakı matça tam konsentrasiya olacağıq”.
Qeyd edək ki, “Kəpəz” və “Admira” arasında cavab oyunu iyulun 20-də keçiriləcək.