[b]“Güclü olduğumuzu sübut etdik” – Avstriya millisinin baş məşqçisi[/b]
05.10.2016 - 10:01
[b]“Güclü olduğumuzu sübut etdik” – Avstriya millisinin baş məşqçisi[/b]

“Azərbaycanla qarşılaşmada daha güclü olduğumuzu sübut etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Avstriya millisinin baş məşqçisi Manfred Zak deyib.

 

Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla oyunundakı 4:1 hesablı qələbəyə şərh verən mütəxəssis yetirmələrindən razı qalıb: “Düzdü, müdafiədəki səhvimizdən sonra rəqib hesabda tarazlıq yaratdı. İkinci hissəyə qolla başlamağımız vacib idi. Fasilədən sonrakı erkən qol həlledici oldu. Bunun ardından oyunu tamamilə ələ alıb, diqtə edən tərəf olduq”.

0