[b]“Hafnarfyordur”un baş məşqçisi: Şansımız çoxdu[/b]
16.07.2015 - 12:48
[b]“Hafnarfyordur”un baş məşqçisi: Şansımız çoxdu[/b]

“İnter”in bundan öncəki mərhələdə “Laçi” ilə keçirdiyi oyunları izləyib, təhlil etmişik. Maraqlıdı ki, ilk oyunları ilə ikinci matçları arasında böyük fərq var idi. Azərbaycan komandası ikinci görüşü üstün keçirdi”. Apasport.az saytının məlumatına görə, bunu “Hafnarfyordur”un baş məşqçisi Heymir Qudyonsson deyib.

 

İslandiya təmsilçisi bu gün Avropa Liqasının II təsnifat mərhələsində Bakı “İnter”ini qəbul edəcək. “Hafnarfyordur”un çalışdırıcısı meydançaya yalnız qələbə üçün çıxacaqlarını bildirib: “İnter” yaxşı komandadı. Ancaq evdə oynayacağımız üçün mütləq uğurlu nəticə əldə etməliyik. Bakıya 0:0 hesablı bərabərliklə getmək bizim üçün yaxşı olmaz. Mütləq qol vurmalıyıq. Ələ düşən şanslardan yararlanmaq lazımdı. Fikrimcə, şansımız var, özü də çox. “İnter”in heyətində ciddi dəyişiklik olub. Onların bir-birinə uyğunlaşması zaman tələb edir. Bu da bizim üçün üstünlükdü. Ancaq meydana çıxanda bu xırda amilləri unudub, öz oyunumuzu sərgiləməliyik. Mərhələni adlamaq istəyiriksə, hər iki görüşü yüksək səviyyədə keçirməliyik”.

 

Qeyd edək ki, “Hafnarfyordur” – “İnter” oyunu Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.