[b]“Hamı Azərbaycan, Qazaxıstan, Çində klub axtarır”[/b]
17.02.2016 - 15:46
[b]“Hamı Azərbaycan, Qazaxıstan, Çində klub axtarır”[/b]

Ukraynanın “Zvezda” klubunun veteran futbolçusu Aleksandr Mızenko həmyerlilərinin legioner həyatı yaşamaq meylinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Kirovoqrad təmsilçisinin şərəfini qorumuş 44 yaşlı hücumçu ukraynalıların Azərbaycan, Qazaxıstan və Çinə axınını maliyyə şərtləri ilə izah edib.

 

SSRİ-nin son çempionatlarında da çıxış etmiş Mızenko bildirib ki, həmin dövrün oyunçuları fərqli düşüncədə olub: “Futbolçu spesifik peşədi. Onlar daha çox pul qazanmaq istəyir. Onlar bizim kimi, SSRİ vaxtında oynayanlar kimi deyil. Onda vaxtımızı yaxşı keçirmək üçün pivə kifayət idi. Bir az da ad-san istəyirdik. İndi isə hamı Azərbaycan, Qazaxıstan, Çində klub axtarr ki, ona çox pul ödəsinlər”.

 

Qeyd edək ki, Mızenko 1988-90, 1994-97, 2003 və 2004-07-ci illərdə “Zvezda”da çıxış edib.