“Azərbaycanla oyunda baş məşqçimiz yenə futbolçuların hazırlığını yoxladı. Qarşılaşmanın nəticəsi heç bir əhəmiyyət kəsb etmirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu deyib.
Futbol funksioneri Azərbaycan millisi ilə Bakıda keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb. Çebanu Bakıda qeydə alınan 1:2 hesablı məğlubiyyətdən, Moldova yığmasının baş məşqçisi Ştefan Stoykanın postunda qalıb-qalmamasından danışıb: Amma təəssüf ki, yenə də uduzduq. Matçın gedişində elə anlar oldu ki, yığmamız biz və azarkeşlər istədiyi kimi oynadı. Amma elə epizodlar da oldu ki, komandamız arxayınlaşdı və iki qol buraxdı. Qələbəsizlik seriyasının davam etdiyini başa düşürük. Futbolçularımız çoxdandı qələbənin dadını hiss etmir. Uğur qazanmaq psixoloji cəhətdən vacib idi. Biz rəqiblərdən pis oynamırıq və İsveç, Avstriya, Rusiya kimi güclü rəqiblərə də böyük hesabla uduzmadıq. Yəqin ki, bizə nə isə çatmır. Baş məşqçimiz Ştefan Stoykanın postunda qalıb-qalmaması hələ bilinmir. Təbii ki, belə məsələlərə nəticənin də təsiri var. Amma unutmayaq ki, o, hansı oyunlarda komandaya rəhbərlik edib. Hamı Azərbaycanla qarşılaşmada yaxşı nəticəyə ümid edirdi. Lakin səfərdə oynamağımızı da nəzərə almalıyıq. Üstəlik, Azərbaycan da çoxdandı qələbə qazanmırdı”.
Qeyd edək ki, Azərbaycan – Moldova oyunu Bakı Olimpiya Stadionunda keçirilib.