[b]“Hamı oynayır, Abışovdan başqa”[/b]
02.04.2014 - 10:45
[b]“Hamı oynayır, Abışovdan başqa”[/b]

Həmyerlimiz Ruslan Abışovun “Rubin”in heyətinə daxil edilməməyi Kazanda müzakirə mövzusuna çevrilib. Apasport.az-ın məlumatına görə, kazanfirst.ru saytının əməkdaşları Kazan təmsilçisində heyətə düşməyən 4 futbolçudan bəhs ediblər.

 

Bildirilir ki, Ruslan Abışovla bərabər qaradərili futbolçular – Mubarak Vakaso, Kris Mavinqa və Yann M’Vila komandanı tərk etsələr yaxşıdır. Çünki “Rubin”in baş məşqçisi Rinat Bilyaletdinovun bu futbolçulara şans vermək fikri yoxdur və onlar “qara siyahı”dadır.

 

Moskva “Dinamo”su və “Rostov”la görüşlərdən sonra bu futbolçuların oynamamağının səbəblərini izah edən Bilyaletdinov Ruslan haqqında heç nə deməyib: “Məşqçinin yerinə başqaları danışır. Bütün Sotsqorod müdafiəçinin məşqdən necə getməsini, ürəkdən butslarını tullamasını müzakirə edir. Bundan sonra məşqçilər heyəti komandaya ikitərəfli oyuna başlamaq tapşırığı verir: Hamı oynayır, Abışovdan başqa!

 

İlk baxışdan, Qurban Berdıyevin transfer epoxası üçün Abışovun “Rubin”ə keçidi tipik hekayədir. Azərbaycan çempionatından növbəti “adsız” Kazana müdafiə modeli üçün şəxsən dəvət olunmuşdu. Ancaq hər şey belə asan deyildi. Hələ də Abışov “Rubin”də öz şansını gözləyir, Azərbaycan yığmasında isə Almaniya millisinə Avro-96-nı qazandıran alman Berti Foqts onun xidmətindən müdafiənin əsas təməl daşı kimi yararlanır.

 

Ölkəsində Abışova təriflər oxunur və deyirlər ki, o necə də oynayır! Kazanda isə onun perspektivi ehtiyat oyunçular skamyasından o tərəfə getmir. Limit şərtlərində Şaronov, Burlak mərkəzdə və Nabiullinlə Kuzmin cinahlarda olanda Abışova heyətdə yer tapılmır. Halbuki oynamaq istəyən üçün ən münasib yaşdadır – 26 yaş. Bizdə olan məlumata görə, “Rubin” müdafiəçiyə 400 min avro qiymət qoyub”.

 

Qeyd edək ki, Ruslan Abışovun mövsümün sonunda Rusiyanın başqa klubuna icarəyə veriləcəyi və ya satılacağı gözlənilir.