[b]“Heç bir həyəcandan söhbət gedə bilməz” – “Neftçi”nin yeni transferi[/b]
03.04.2018 - 00:01
[b]“Heç bir həyəcandan söhbət gedə bilməz” – “Neftçi”nin yeni transferi[/b]

“Səbail”lə oyunda debüt edən “Neftçi”nin yeni oyunçusu Soni Mustivar matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Azərbaycan çempionatında ilk matçınıza çıxdınız. Fikirləriniz necədir?

- Mənə elə gəlir ki, olduqca sürətli çempionatdı. Oyun da gərgin oldu. Matçın intensivliyi çox yüksək idi.

 

- Bura gələnə qədər uzun müddət meydandan kənar qalmışdınız. Uyğunlaşmaq çətin olmadı?

- Son klubumla müqaviləm bitmişdi, ona görə də 2 ay futbolsuz qaldım. “Neftçi”dən təklif aldım və bununla razılaşdım. Yaxşı komanda və tarixi klub olduğu üçün təklifi dəyərləndirdim.

 

- Hazırda “Qarabağ”da çıxış edən və Haiti millisindən komanda yoldaşınız olan Donald Gerye ilə məsləhətləşdinizmi?

- Geryedən Bakıda həyatın necə olduğunu öyrəndim. Çempionatla bağlı düşüncələrini soruşdum, o da bildirdi ki, Premyer Liqanın səviyyəsi yaxşıdır, rəqabət var.

 

- Qol epizodunda kuryoz hadisə oldu. İlk oyununda fərqlənməyə yaxın olsanız da, istifadə edə bilmədiniz...

- Bilərəkdən buraxmadım, amma yaxşı ötürmə alındı.

 

- Həyəcanlı idiniz?

- Heç bir həyəcandan söhbət gedə bilməz. Sadəcə topun traektoriyasını düzgün ölçmədim.