[b]“Heç nədən qorxmuram” – Roman Qriqorçuk[/b]
17.09.2017 - 23:15
[b]“Heç nədən qorxmuram” – Roman Qriqorçuk[/b]

“Qələbə qazandığımıza görə şadam. Oyundan razı qaldım. Uşaqların hamısına “afərin” deyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Azərbaycan Premyer Liqasının V turunda səfərdə “Səbail”lə qarşılaşan əyalət təmsilçisinin ukraynalı çalışdırıcısı oyundan sonra təşkil olunmuş mətbuat konfransında sualları cavablandırıb.

 

- Hakimin ofsayd qərarına kəskin etiraz etdiz…

- Biz oturduğumuz yerdən Hallideyin oyundan kənar vəziyyətdə olmadığı açıq görünürdü. Ehtiyat oyunçular skamyasından bunu açıq görürdük.

 

- Cavid Hüseynovun zədəsi nə yerdədi?

- Ciddi bir şey yoxdu. Sadəcə, bir qədər ağrıları olduğundan risk etmək istəmədik.

 

- “Sumqayıt”la oyundan sonra hakimlərdən narazılıq etmişdiz. Bir müddət öncə isə “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov da AFFA-nı tənqid etdi. Düşünmürsüz ki, hakimlərin sizin əleyhinizə qərar verməsi bununla bağlıdı?

- Mən burda olduğum müddətdə həmişə danışmışam, indi də danışacam. Heç nədən qorxmuram. Demirəm ki, ancaq bizim əleyhimizə qərarlar verirlər. Ancaq düzgün qərar olmayanda bu barədə danışmalıyıq.

 

- İlk 10-15 dəqiqədə Daboya qarşı çox əsəbi görünürdüz. İndi düşünmürsüz ki, ona qarşı haqsızlıq etmisiz?

- İlk dəqiqədən soyuqqanlı idim. Əgər hansısa futbolçunun oyunundan narazılıq etmişəmsə, deməli, həmin anda buna layiq idi.

0