[b]“Hələ də anlaya bilmirəm” – MÜSAHİBƏ[/b]
09.10.2016 - 01:21
[b]“Hələ də anlaya bilmirəm” – MÜSAHİBƏ[/b]

Final mərhələsi Rusiyada keçiriləcək DÇ-2018-in qrup mərhələsinin ikinci oyununda millimiz Norveçi məğlub edib. Oyundan sonra apasport.az saytının suallarını cavablandıran skandinavların yarımmüdafiəçisi Per Silyan Skilberd komandamızın ən yaxşı oyunçusunun adını da açıqlayıb.

 

- Oyun və nəticə planlarınızı alt-üst etmədi?

- Açığı, hələ oyunun yekununu tam dərk edə bilmirəm. Necə olur ki, Azərbaycan cəmi bir dəfə təhlükəli hücum qurur və qol vurur, amma biz bu qədər şansı qaçırırıq. Anlaya bilmirəm. Təbii ki, bizim üçün yaxşı nəticə deyil. Düzdü, ötən seçmə mərhələdə də heç-heçə oynamışdıq. Ancaq bu dəfə xalsız qaldıq.

 

- Nəticəni sürpriz hesab edirsiniz?

- Əlbəttə, sürprizdi. Oyundan əvvəl əksəriyyət bizim qələbə qazanacağımızı gözləyirdi. Oyunun gedişi də bizim üstün olduğumuzu göstərdi. Ancaq qələbə qazanmaq üçün qol vurmaq lazımdı. Bunu bacardınsa, xal qazanacaqsan. Necə ki, Azərbaycan bunu bacardı və 3 xal əldə etdi. Heç gözlənilməyən nəticə qeydə alındı.

 

- Millimizin heyətində diqqətinizi cəlb edən futbolçu oldumu?

- Xüsusilə də müdafiə xəttiniz çox yaxşı oynadı. Mümkün qədər bizə qapı qarşısına yaxınlaşmağa imkan verməməyə çalışırdılar. Qapıçınız isə ən yaxşı oyununu göstərdi. O, seyvləri ilə komandasını uğura daşıdı.

 

- Azarkeşlərə nə deyəcəksiniz?

- Onları çox üzdük. Hər biri qələbə qazanacğımıza inanırdılar. Ancaq futbolda sürprizlər qaçılmazdı. Bu gecə növbəti sürpriz qeydə alındı. Qarşıda oyunlarımız var. San Marinonu udub, uğursuz seriyaya son qoymaq, turnir cədvəlində layiq olduğumuz pilləyə yüksəlmək istəyirik.

 

- Hakimlikdən narazı qalmışdınız...

- İstəmirəm referilər haqda nəsə deyim. Onların necə oyun idarə etdiklərini hamı gördü. Oyunun tempini çox öldürdü.

 

- Norveç millisinin uğursuzluğu nə ilə bağlıdı?

- Nə Almaniya, nə də Azərbaycanla oyunlarda zəif çıxış etdik. Qrupun favoritinə qarşı normal mübariə apardıq. Bakıdakı oyunda isə aşkar favorit idik. Erkən qol bizi məyus etdi. Amma bu yenilgini faciə də hesab etmirəm. Futbolda hər nəticə qeydə alına bilər. Əsas odur ki, uğursuz situasiya ilə tez vidalaşasan.

0