[b]“Həyat yoldaşı onu qaradərili ilə aldatdığı üçün...” – sabiq “Qalatasaray”lı[/b]
13.04.2017 - 16:58
[b]“Həyat yoldaşı onu qaradərili ilə aldatdığı üçün...” – sabiq “Qalatasaray”lı[/b]

Cənubi Amerikada növbəti dəfə irqçiliyə əl atılıb. Apasport.az saytının məlumatına görə, bu dəfə hadisə Libertadores Kubokunda baş tutan “Palmeyras” – “Penarol” görüşündə yaşanıb.

 

Belə ki, birincilərin 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra komandanın yarımmüdafiəçisi Felipe Melo şok açıqlama ilə diqqət mərkəzinə düşüb. Sabiq “Qalatasaray”lı matçın gedişində rəqibin yarımmüdafiəçisi Qaston Rodrigesin onu bir neçə dəfə meymun deyə səslədiyini bildirib.

 

Melo çılğınlıq etməyib, rəqiblə əlbəyaxa olmamasına isə sevindiyini deyib: “Qaston qarşılaşma zamanı mənə tez-tez “meymun, meymun” deyirdi. Düzdü, qaradərili futbolçuyam. Amma deyəsən həyat yoldaşı onu bir qaradərili ilə aldatdığı üçün problemləri var. Əvvəlki Melo onu ordaca yumruqlayardı. Amma artıq özümə nəzarət etməyi öyrənmişəm”.

 

Qeyd edək ki, 3 turdan sonra “Palmeyras” 7 xalla qrupa başçılıq edirsə, 3-cü sıradakı “Penarol”un aktivində 3 xal var.

0