[b]“İnanıram ki, “Qarabağ” Milanda öz oyununu nümayiş etdirə biləcək”[/b] - FOTO
29.09.2014 - 15:37
“Bu oyuna çox ciddi hazırlaşmışıq. İstədiyimiz oyunu İtaliyada göstərməyə çalışacağıq”. Apasport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Oktyabrın 2-də Avroliqanın qrup mərhələsinin II görüşündə səfərdə İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq Ağdam təmsilçisinin çalışdırıcısı UEFA-nın rəsmi saytına matç barədə danışıb: “İtaliyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Rəqibə qarşı ciddi hazırlaşmışıq və sona qədər mübarizə aparmaq əzmindəyik. İnanıram ki, “Qarabağ” Milanda öz oyununu nümayiş etdirə biləcək”.
0
0