[b]“İnter” – “Qəbələ” oyununda 0:2 hesabı?[/b]
14.10.2016 - 13:14
[b]“İnter” – “Qəbələ” oyununda 0:2 hesabı?[/b]

Topaz Premyer Liqasının VIII turunun mərkəzi oyununu Rəvan Həmzəzadə idarə edəcək. Apasport.az saytının məlumatına görə, çempionatın liderləri “İnter”lə “Qəbələ”nin qarşılaşması gənc referinin mövsümdə 3-cü matçı olacaq.

 

Bunadək cəmi 2 dəfə baş hakim kimi Premyer Liqa qarşılaşmasına çıxan Həmzəzadənin idarə etdiyi matçlarda eyni hesab qeydə alınıb. Belə ki, hər iki matçda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb.

 

I turda “Qarabağ” Sumqayıtda, VI turda isə “Qəbələ” Zirədə eyniadlı meydan sahibini iki cavabsız qolla məğlub edib. Artıq Həmzəzadə ilə bir dəfə qalib gələn “qırmızı-qaralar” ikinci dəfə bu hakimin idarəçiliyi ilə səfər matçına çıxacaq.

 

Bu hakim iki qarşılaşmada cəmi 4 vərəqə göstərib. İlk matçı cəzasız başa vuran referi Zirədə meydan sahiblərinə 1, qonaqlara 3 xəbərdarlıq edib.

 

0