[b]“İnter” “Qarabağ”a qarşı 4-3-3 sxemi ilə çıxacaq[/b]
10.12.2014 - 15:49
[b]“İnter” “Qarabağ”a qarşı 4-3-3 sxemi ilə çıxacaq[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “İnter” matçının günü yaxınlaşdıqca, italyanların da bu matça marağı artır. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatı “neradzurra”nın sabahkı qarşılaşmada meydana çıxacaq təxmini “11-liy”ini də yazıb.

 

İtaliyalıların yazdığına inansaq, “İnter” 4-3-3 taktiki sxeminə üstünlük verəcək. Handanoviçin yoxluğunda qapını Karrizo qoruyacaq. Ranokkiya və Juan Jesus Bakıya gəlmədiyindən müdafiənin mərkəzində Andreolli-Mbaye tandemi olacaq.

 

Sol cinahda D’Ambrosio, sağ cinahda isə Kampanyaronun iştirakı gözlənilir. Baş məşqçi Roberto Mançininin orta sahədə M’Vila-Obi-Krhin “trio”sona şans verməsi ehtimal olunur. Hücum xəttində isə Osvaldo, Bonassoli və Pallassinin iştirakı istisna edilmir.

 

Əlavə edək ki, “İnter”in aparıcı oyunçularının demək olar hamısı Bakıya gələn heyətdə yer almayıb.

 

Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu sabah saat 21:00-da başlayacaq.