[b]“İnter” “Qarabağ”la oyunöncəsi darmadağın oldu[/b]
28.09.2014 - 19:07
[b]“İnter” “Qarabağ”la oyunöncəsi darmadağın oldu[/b]

Bu gün İtaliya A seriyasında V turun növbəti oyunları keirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter” də meydana çıxıb.

 

Milan klubu dogma azarkeşləri önündə autsayder “Kalyari” ilə üz-üzə gəlib. Ağdam təmsilçisi ilə oyunöncəsi “İnter” darmadağın olub. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı oktyabrın 2-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start verəcək.