[b]“İnter” “Sumqayıt”ın daha bir futbolçusunu “oğurladı”[/b]
26.05.2014 - 10:07
[b]“İnter” “Sumqayıt”ın daha bir futbolçusunu “oğurladı”[/b]

Ölkəmizi Avroliqada təmsil edəcək “İnter” daha bir transferini reallaşdırıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, “bankirlər” “Sumqayıt”da çıxış edən rusiyalı müdafiəçi Məhəmməd Mirzəbəyovla anlaşıb.

 

23 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanılacaq. “İnter” bundan əvvəl “Sumqayıt”dan yarımmüdafiəçi Mirzağa Hüseynpuru sıralarına qatmışdı. Hər 2 futbolçunun Rusiya və Azərbaycan pasportları mövcuddur.

 

Qeyd edək ki, bu, ümumilikdə “İnter”in 3-cü transferidir. Paytaxt təmsilçisi Elvin Məmmədovla da müqavilə bağlayıb.