[b]“İnter” daha bir legionerini sifariş etdi[/b]
11.02.2015 - 17:08
[b]“İnter” daha bir legionerini sifariş etdi[/b]

“İnter” son transferi Vojislav Stankoviçin problemini həll edib. Apasport.az saytının məlumatına görə, müdafiəçinin transfer vərəqəsi ölkəsi Serbiyadan, nəhayət ki, göndərilib.

 

“Bankirlər”lə 2 illik müqavilə imzalayan Stankoviçin adı artıq Peşəkar Futbol Liqasına göndərilib və iştirak ərizəsinə salınıb. 28 yaşlı futbolçu yeni klubunda 23 nömrəli formanı geyinəcək. Artıq kollektivlə birlikdə məşqlərdə iştirak edən Stankoviçin Topaz Premyer Liqasının XXII turu çərçivəsində “Bakı” ilə matçda debütü gözlənilir.

 

Qeyd edək ki, Vojislav Stankoviç “İnter”ə 2009-cu ildən formasını geyindiyi “Partizan”dan keçib.