[b]“İnter” Makedoniyadan bombardir tapdı[/b]
08.01.2015 - 14:31
[b]“İnter” Makedoniyadan bombardir tapdı[/b]

Bakının “İnter” klubu heyətinə yeni hücumçu qata bilər. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi makedoniyalı Marian Altınarniakovskini transfer etməyə yaxındır.

 

Makedoniya mətbuatı iddia edir ki, “Rabotniçki”nin hücumçusu mövsümün gedişində klubunu dəyişmək üzrədi. Onlar danışıqların davam etdiyini, ortaq məxrəcin əldə olunacağı halda isə keçidin reallaşacağını proqnozlaşdırır.

 

Qeyd edək ki, mövsümün arxada qalan hissəsində 10 qol vuran Marian Makedonya çempionatının bombardirlər yarışında 2-ci pillədə qərarlaşıb. 2014-cü ilin yayında “Rabotniçki”yə keçən 24 yaşlı hücumçu vaxtilə ölkəsinin U-21 yığmasında da oynayıb.