[b]“İnter” Nemanya Vidiçi Bakıya gətirəsi olmadı[/b]
10.12.2014 - 15:36
[b]“İnter” Nemanya Vidiçi Bakıya gətirəsi olmadı[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq “İnter” Bakıya daha bir təcrübəli futbolçusunu gətirmir. Apasport.az saytının “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, serbiyalı müdafiəçi Nemanya Vidiç Bakıya gələcək heyətdən kənarlaşdırılıb.

 

Buna səbəb 33 yaşlı futbolçunun hərarətinin yüksəlməsidi. Bazar ertəsindən naxoşlayan Vidiçin hərarəti düşmür. Nəticədə həkimlərin məsləhətindən sonra baş məşqçi Roberto Mançini onun adını heyətdən kənarlaşdırıb.

 

Ümumiyyətlə, təcrübəli mütəxəssisin Vidiçi komandasında görmək istəmədiyi bildirilir. Mançini onun yaşının çox olmasından narazıdı.