[b]“İnter” uduzdu[/b]
31.12.2014 - 01:28
Fransa çempionu PSJ yoldaşlıq görüşündə gücünü yoxlayıb. Apasport.az saytının məlumatına görə, Paris klubunun rəqibi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter” olub.
Mərakeşdə keçirilən görüşün taleyini bir qoll həll edib. 57-ci dəqiqədə Yoan Kabayın vurduğu tək top PSJ-yə qələbə qazandırıb.
Yoldaşlıq oyunu
30 dekabr
PSJ (Paris, Fransa) – “İnter” (Milan, İtaliya) - 1:0
Qol: Kabay, 57
0
0