[b]“İnter”də 3-ü qayıtdı, 2-si “Kəpəz”lə oyunu buraxacaq[/b]
15.02.2016 - 13:34
[b]“İnter”də 3-ü qayıtdı, 2-si “Kəpəz”lə oyunu buraxacaq[/b]

Topaz Premyer Liqasının XXI turunda AZAL-la səfərdə qolsuz bərabərə qalan “İnter” sabahdan növbəti turun hazırlıqlarına start verəcək. Klubdan apasport.az saytına verilən məlumata görə, zədəli və cəzalı futbolçular artıq sıraya dönüblər.

 

Uzun müddətdi zədədən əziyyət çəkən yarımmüdafiəçilər Mirhüseyn Seyidov və Mirsahib Abbasov artıq tamam sağalıblar. Hər iki oyunçu sabahdan kollektivlə birgə məşqlərə qatılacaq. Həmçinin 3 oyunluq diskvalifikasiyası başa çatan qapıçı Kamran Ağayevin də cəza müddəti bitib. Hər 3 oyunçu “Kəpəz”lə növbəti tur matçında baş məşqçi Zaur Svanadzenin ixtiyarında olacaq.

 

Komandanın yeganə problemi mərkəz müdafiəçisi zədəsi davam edən Zurab Xizanişvilidi. AZAL-la görüşü buraxan gürcüstanlı futbolçu “Kəpəz”lə oyunda da komandasına kömək edə bilməyəcək. Hücumçu Rauf Əliyev hələlik fərdi məşqlərlə kifayətlənir.

 

Qeyd edək ki, XXII tur çərçivəsində keçiriləcək “İnter” – “Kəpəz” oyunu fevralın 19-da baş tutacaq.